“Hər şeyi öz adı ilə çağırmağın vaxtıdır” – Ursula fon der Lyayen

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Rusiya dronlarının Aİ ölkələrinin hava məkanına daxil olmasını “hibrid müharibə” adlandırıb.

Oct 8, 2025 - 18:09
“Hər şeyi öz adı ilə çağırmağın vaxtıdır” – Ursula fon der Lyayen

SAVASHMEDİA.az xəbər verir ki, bu fikrini fon der Lyayen bu gün Avropa Parlamentində çıxışı zamanı səsləndirib. Bu çıxışı əks etdirən video onun X sosial səhifəsində yayımlanıb. 

Avrokomissiyanın prezidenti dronların təsadüfən peyda olması ilə bağlı yanlış təsəvvürə inanmamağa çağırıb. O, izah edib ki, bir insident səhv, ikincisi təsadüf ola bilərdi: “Amma üç, beş, on – bu, Avropaya qarşı bilərəkdən və məqsədyönlü boz zona kampaniyasıdır”. 

Von der Leyen əmindir ki, Avropa məsuliyyət daşımaqdan çəkinmədən cavab verməli və hər bir hadisəni araşdırmalıdır. Onun sözlərinə görə, işğalçı ölkə Rusiya nifaq toxumu səpmək istəyir və buna Avropa yekdil cavab verməli, “öz ərazisinin hər kvadrat santimetrini” qorumalı və təhlükəsizliyini təmin etməlidir.

Von der Leyen əmindir ki, Avropa İttifaqı (Aİ) ölkələri Rusiya dronlarının müdaxiləsini ciddi qəbul etməli və Moskvanın həqiqətən də Aİ-yə qarşı hibrid müharibəsi apardığına şübhə etməyi dayandırmalıdır. 

“Bu yaxınlarda səmamıza hücumlar artan təhlükə tendensiyasının bir hissəsidir. Artıq hər şeyi öz adı ilə çağırmağın vaxtıdır. Bu hibrid müharibədir. Biz nəinki reaksiya verməliyik, həm də çəkindirməliyik. Çünki hərəkətə keçməkdə tərəddüd etsək, boz zona yalnız genişlənəcək”, - deyə o, bildirib.  

O, Ukrayna hərbçilərinin avropalı həmkarlarına Rusiya dronlarına qarşı mübarizə taktikası üzrə təlim keçməsini “hərəkətdə həmrəylik” kimi qiymətləndirib.

Xatirə SADİQ