“Rusiyaya ziyan vurmuş şəxs təxliyə olunmamalıdır” - Polşa
Polşanın Milli Təhlükəsizlik Bürosu “Şimal axınları” boru kəmərlərini partlatmaqda şübhəli bilinən ukraynalının Almaniyaya ekstradisiyasına qarşı çıxıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə PAP məlumat yayıb.
“Polşa Rusiyaya zərər vurmuş şəxsin ekstradisiyası üçün heç bir əməliyyatda iştirak etməməlidir. Qanun çərçivəsində hərəkət edəcəyimizin və eyni zamanda Rusiya hərbi maşınına ziyan vuran birini – nə Almaniyaya, nə də potensial olaraq Rusiyaya – təxliyə etməyəcəyimizin düsturunu tapmaq lazımdır”, - deyə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Slavomir Senkeviç vurğulayıb.
Xatirə SADİQ