"Elman Nəsirovun qızı soruşdu ki, ev haradadır, dedim ki..." - Şərurlu İsfəndiyar

Xəbər vediyimiz kimi, millət vəkili Elman Nəsirovla bağlı yayılan xəbərlərə “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov münasibət bildirib. 

Oct 28, 2025 - 14:35
"Elman Nəsirovun qızı soruşdu ki, ev haradadır, dedim ki..." - Şərurlu İsfəndiyar

İsfəndiyar Axundovun sözlərinə görə, millət üçün əhəmiyyətli şəxsiyyətin nüfuzuna xələl gəlməməsi məqsədilə Elman Nəsirovun evsizlikdən gileylənən qızına 5 il müddətinə yaşamaq üçün ev verəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl millət vəkili Elman Nəsirovun birinci evlilikdən olan qızı Laləzər Əliyevə sosial şəbəkədə çıxış edərək atasından gileylənib. 

SAVASHMEDİA.az-ın xəbərinə görə, “cebheinfo.az”a açıqlamasında Şərurlu İsfəndiyar bildirib ki, Elman Nəsirovu şəxsən tanımır: “Sadəcə ürəyimdən keçdi”. 

İş adamı qeyd edib ki, hazırda həmin şəxslə danışıqlar aparılır: 

“Hazırda danışıqlar aparırıq, əlaqə saxlayırıq. Dedim, neçə otaqlı ev istəsəniz, verərəm. Dedi ki, haradadır? Dedim ki, Yasamalda yerləşir.

Maraqlanır, danışırıq ki, nə zaman gəlsin. Hələlik söhbətimiz gedir. Gəlib yaşamaq fikri var.

Elman müəllimi şəxsən tanımıram, yalnız televiziyada görmüşəm. Heç bir şəxsi münasibətimiz yoxdur, sadəcə ürəyimdən keçdi. İnsandır da, həyatdır”.