“NATO ölkələri Şimali Koreya hərbçilərinə hücuma hazır olmalıdır” – Mayk Terner

“ABŞ və NATO müttəfiqləri Rusiya tərəfində Ukraynada döyüşlərdə iştirak edəcəkləri təqdirdə bilavasitə Şimali Koreya qoşunlarına hücum etməyə hazır olmalıdırlar”.

Nov 1, 2024 - 13:03
“NATO ölkələri Şimali Koreya hərbçilərinə hücuma hazır olmalıdır” – Mayk Terner

SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Terner deyib. 

Terner həmçinin hesab edir ki, Ukrayna qonşu ölkənin hücumlarına öz müttəfiqlərinin Rusiya ərazisinin dərinliklərindəki obyektləri hədəfə alan silahları ilə cavab verməlidir.

O qeyd edib ki, Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə iştirakı ABŞ və NATO üçün qırmızı xətt olmalıdır. Əgər Şimali Koreyua qoşunları  Ukraynada döyüşərsə, müttəfiqlər onlara hücumları istisna etməməlidir.

“Hesab edirəm ki, ABŞ və NATO müttəfiqləri əgər Ukraynada mövcuddurlarsa və ona hücum edirlərsə, Şimali Koreya qoşunlarına bilavasitə hücum etmək imkanlarını ciddi şəkildə müzakirə etməli və nəzərdən keçirməlidir”, - deyə Terner bildirib.

Konqresmenin sözlərinə görə, Şimali Koreya qoşunlarına Avropada yer yoxdur: “Hesab edirəm ki, Asiya və Şimali Koreya kommunist qoşunlarının Avropa ölkəsinə yürüməməsi və hücum etməməsi NATO-nun və NATO üzvü kimi ABŞ-nin maraqlarına uyğundur”.

Terner vurğulayıb ki, Şimali Koreya qoşunlarına hücum qərarının verilməsi mütləq deyil, lakin bu mövzuda əsaslı müzakirə aparılmalıdır: “Düşünürəm ki, onlar ABŞ və NATO-nun həqiqi hərbi hədəfləri olmaqdan Şimali Koreya qoşunlarının sərbəst qalmaması məsələsini müzakirə etməlidirlər”.

ABŞ kəşfiyyatının məlumatına əsasən, Şimali Koreya   təlim keçmək və Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün Rusiyaya 10 minə yaxın hərbçi göndərib. Onların 8 mini hazırda Kursk vilayətinin ərazisindədir.

İslandiyada səfərdə olarkən Ukrayna prezidenti Volodimir Zelenski bu məsələyə Qərb ölkələrinin lazımi reaksiya vermədiyini sərt tənqid etmişdi. 

Xatirə SADİQ