"Azərbaycan pasportuna görə ona pul vermişdilər, 500 min..." - Şeydayevin rusiyalı baş məşqçisindən şok açıqlama

Sankt-Peterbuqrun “Zenit-2” komandasında Ramil Şeydayevin baş məşqçisi olmuş Vladislav Radimov futbolçu ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Nov 1, 2024 - 12:47
"Azərbaycan pasportuna görə ona pul vermişdilər, 500 min..." - Şeydayevin rusiyalı baş məşqçisindən şok açıqlama

48 yaşlı mütəxəssis Rusiyanın “Sport-Ekspress” qəzetinə geniş müsahibəsində Şeydayevlə bağlı sualları da cavablandırıb.

SAVASHMEDİA.az qol.az-a istinadla müsahibənin R.Şeydayevlə bağlı hissəsini təqdim edirik:

- Nə vaxtsa siz “Zenit-2”nin hücumçusu Ramil Şeydayevi tərifləmişdiniz. Onun Azərbaycan millisinə getməsinin Rusiya futbolu üçün itki olduğunu bildirmışdiniz. Bəs, indi hardadır həmin Şeydayev?

- Təəssüf ki, alınmadı.

- Niyə?

- Düşünürəm ki, diqqətini pul qazanmağa yönəltməsi onun səhvi idi. Mən belə başa düşürəm ki, Azərbaycan pasportuna görə ona pul vermişdilər. Qolovinin çıxış etdiyi gənclərdən ibarət komandada Şeydayev bir nömrə idi. O, Avropa çempionatının qalibi olub. Öz yaşıdları olan hücumçular arasında ən güclüsü sayılırdı.

- Şeydayev yarım mövsüm Moskva “Dinamo”sunda oynadı. Xüsusi nə iləsə yadda qalmadı. 

- Bəli, Ramil ölkələr dəyişdikdən sonra özünü itirdi. “Trabzonspor”, “Jilina”, “Qarabağ”… Bütün bunlar ona mane oldu.

- Yəqin ki, şayiələr sizə qədər gəlib çatıb: vətəndaşlığı dəyişmək üçün nə qədər təklif edirlər?

- Şayiələrə görə - 500 min dollardan bir milyona qədər.