“Macarıstan əlindən gələn hər şeyi etdi” – Orban şikayətləndi

“Ukrayna ilə Rusiya arasında Milad atəşi və genişmiqyaslı məhbus mübadiləsi təşəbbüsü ilə çıxış edən Macarıstan əlindən gələn hər şeyi etdi”.

Dec 13, 2024 - 16:22
“Macarıstan əlindən gələn hər şeyi etdi” – Orban şikayətləndi

SAVASHMEDİA.az “Telex”ə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib. 

“İndi Milad bayramıdır, sınamağa dəyərdi və Macarıstan bunu etdi. Məncə, Macarıstan minillik Avropa dövlətinin hərəkəti kimi addım atdı”, - deyə Orban iddia edib.

Onun sözlərinə görə, “bir tərəf açıq-aydın bunu rədd etdi (təşəbbüsü – red.), digər tərəf bunu qəbul etdi”.

Orban həmçinin hesab edir ki, dünya daha böyük dəyişiklik astanasındadır.

“ABŞ prezidenti (Donald Tramp – red.) vəzifəsinə başlayan kimi, haqqında danışdığım dönüş bütün Qərb dünyasında baş verəcək, bizim gözümüzün qabağında baş verəcək”, - deyə baş nazir əminliklə bildirib.

Dekabrın 11-də Orban bildirib ki, Ukraynaya Milad bayramı üçün atəşkəs və genişmiqyaslı hərbi əsirlərin mübadiləsini bərqərar etməyi təklif edib, lakin prezident Volodimir Zelenski bu ideyanı rədd edib. Orbanın bu şərhinə Zelenski sərt reaksiya verib. 

Macarıstanın xarici işlər naziri Peter Siyarto rusiyalı həmkarı Sergey Lavrova zəng edərək, bununla bağlı Ukraynadan şikayət edib.

Xatirə SADİQ