"NİDA"çı Bayramın qardaşı həbsdə niyə ölüb? - RƏSMİ
NİDA Vətəndaş Hərəkatının üzvü, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anasının ölümündə şübhəli bilinərək həbs edilən qardaşı Elvin Məmmədovun ölüm səbəbi məlum olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, avqustun 21-də saat 14:40 radələrində 1992-ci il təvəllüdlü kişi şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarının müşayiəti ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Pasiyentə beyin-qan dövranının işemik insult tipli pozulması diaqnozu təyin edilib. Həkimlərin apardığı reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Şəxsin bioloji ölümü avqustun 23-də saat 16:00 radələrində qeydə alınıb.