Atası tərk etdi, anası böyütdü, özü isə gecələr qızı üçün ağlayır - Meloninin gizli həyatı + VİDEO

İtaliyanın Baş naziri Ciorcia Meloni dünyada sərt siyasi mövqeyi ilə tanınır. Lakin onun kameralar qarşısında görünməyən həyatında ailəsi, uşaqlığı və qızı Cinevra ilə bağlı olduqca fərqli bir hekayə var.

Aug 24, 2026 - 16:48
Atası tərk etdi, anası böyütdü, özü isə gecələr qızı üçün ağlayır - Meloninin gizli həyatı + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, uşaqlıq illəri ailə problemləri ilə keçən Ciorcia Meloni 1977-ci ildə Romada anadan olub. 

Atası Françesko Meloni ailəni tərk etdikdən sonra Ciorcia və bacısı Arianna anaları Anna Paratore tərəfindən böyüdülüb. Meloni açıqlamalarında anasının onun həyatındakı rolunu xüsusi vurğulayıb. O, uşaqlıq dövründə yaşadığı çətinliklərin xarakterinin formalaşmasına da təsir etdiyini bildirib.

Atasının gedişi uşaqlığında iz buraxdı

Meloninin atası ailəni tərk etdikdən sonra İspaniyanın Kanar adalarına köçüb. Ciorcia isə bacısı ilə birlikdə Romada anasının himayəsində böyüyüb. Bu isə Meloninin sonrakı həyatında da iz buraxıb. Xüsusilə özü ana olduqdan sonra övladının ailə münasibətlərindən mümkün qədər az zərər görməsini istəyib.

“Mən belə uşaq deyildim...”

Meloninin şəxsi xatirələrində qızı Cinevra ilə bağlı maraqlı müqayisələr də yer alır. Baş nazir öz uşaqlığını daha qapalı və ciddi uşaq kimi xatırlayır. Qızı Cinevranı isə daha ünsiyyətcil, danışmağı və insanlarla münasibət qurmağı sevən uşaq kimi təsvir edir.

Bu fərq Meloninin qızına münasibətində də özünü göstərir. O, Cinevranın daha rahat və xoşbəxt uşaqlıq keçirməsinə çalışdığını vurğulayıb.

Qızının doğulması həyatını dəyişdi

Cinevra 2016-cı ildə Ciorcia Meloninin siyasi karyerasının yüksəliş dövründə dünyaya gəlib. Ana olmaq onun üçün asan olmayıb. Meloni siyasətdə aktiv fəaliyyətini davam etdirərkən körpəsinə də qayğı göstərməli olub.

O, qızının ilk aylarını xatırlayarkən yuxusuz gecələrdən, yorğunluqdan və emosional gərginlikdən və dəfələrlə ağlamasından danışıb. Siyasi səhnədə özünəinamlı görünən Meloni həmin dövrdə ana kimi olduqca çətin anlar yaşadığını etiraf edib.

Qızının atasından ayrıldı, amma...

Ciorcia Meloni 2023-cü ildə qızının atası, televiziya aparıcısı Andrea Ciambruno ilə münasibətini bitirib. Ayrılıqdan sonra Meloni üçün əsas məsələlərdən biri qızının atasına münasibətinin qorunması olub.

Meloni bildirib ki, valideynlərin ayrılması Cinevranın atasına olan sevgisini dəyişməməlidir və qızının hər iki valideyni ilə sağlam münasibət saxlaması onun üçün vacibdir.

Meloninin bu mövqeyinin arxasında onun öz uşaqlıq təcrübəsinin də dayandığı görünür. Atasız böyüyən Meloni qızının ayrılıqdan sonra valideynlərindən biri ilə münasibətinin pozulmasını istəmir.

Qızını rəsmi səfərlərə də aparır

Meloni şəxsi həyatını mediadan mümkün qədər uzaq saxlasa da, bəzi hallarda Cinevra onunla birlikdə rəsmi tədbirlərdə görünür.

2024-cü ildə İtaliyanın Baş naziri qızını özü ilə Çinə aparmışdı. Bu qərar müəyyən müzakirələrə səbəb olsa da, Meloni bununla işləyən anaların həm övladlarına vaxt ayıra, həm də peşəkar fəaliyyətlərini davam etdirə biləcəyini göstərmək istədiyini bildirmişdi.

2026-cı ilin G7 sammitində isə Cinevranın anası ilə birlikdə görüntüləri diqqət çəkib. Kameralardan çəkinən qızın anasının yanında dayanması sosial şəbəkələrdə geniş maraq doğurub.

Səlcuq