İspaniya və Portuqaliya işıqsız qaldı

İspaniya ərazisinin demək olar ki, yarısında elektrik enerjisi kəsilib.

Apr 28, 2025 - 16:24
İspaniya və Portuqaliya işıqsız qaldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Levante” qəzeti və “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Valensiya, Madrid, Barselona və Sevilya da işıqsız qalıb. Bundan başqa Portuqaliyada da işıq yoxdur. 

Valensiyada işıqforlar, liftlər, metro və tramvaylar fəaliyyətini dayandırıb. Şəhərdə internet və mobil rabitə kəsilib. 

İspaniyanın EFE agentliyi “X” sosial şəbəkəsində yazıb ki, elektrik enerjisi yerli vaxtla saat 12:30-da kəsilib. 

Böyük miqyasda işıqların kəsilməsinə nəyin səbəb olduğu hələlik məlum deyil. 

Xatirə SADİQ