“Yahşi cazibe”nin məşhur aktyoru xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktyoru Peker Açıkalının səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib.

Apr 28, 2025 - 16:45
“Yahşi cazibe”nin məşhur aktyoru xəstəxanaya yerləşdirildi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə aktyorun özü video paylaşıb.

Aktyor tibb işçilərinin damarlarını tapa bilməmələrindən şikayətlənib:

“Dünən axşam damarlarımı tapa bilmədilər. Niyə tapa bilmədilər, onu da bilmirəm. Halbuki, damarım da çoxdur. İynə ilə qolumu qazdılar”. 

Ustad aktyor sevənlərinə çağırış da edib: “Sağlamlığa ciddi fikir vermək lazımdır”.

Qeyd edək ki, Peker Açıkalın “Ekmek teknesi”, “Avrupa yakası”, “Yahşi cazibe” kimi komediya filmlərində rol alıb. Ötən il barəsində beyin qanaması keçirdiyi, hətta vəfat etdiyi ilə bağlı xəbərlər yayılıb.

Aktyor özü kamera önünə keçərək xəbərlərin doğru olmadığını bildirib.

Banu

Fotolarda Peker Açıkalın