Məşhur aktrisa təcili xəstəxanaya yerləşdirildi - FOTO
Məşhur türkiyəli aktrisa Ece Uslu təcili xəstəxanaya yerləşdirilib.
SAVASHMEDİA.az xəbər verir ki, aktrisa Çeşmedə istirahətdə olarkən yıxılıb və qolu qırılıb.
Ece Uslu təcili əməliyyata götürülüb. Aktrisanın qoluna 16 tikiş qoyulub və gipsə salınıb. O, 3 gün xəstəxanada qaldıqdan sonra evinə yola salınıb.
Aktrisa bildirib ki, onu uzunmüddətli müalicə gözləyir.
Xatırladaq ki, Ece Uslu “Kara Melek”, “Zerda”, “Elveda Derken”, “Karagül”, “Sevgili Geçmiş”, “Siyah Kalp” kimi reytinq rekordları qıran seriallarda rol alıb.
Banu
aktrisa Ece Uslu