Türkiyə parlamentinin keçmiş sədr müavinin arvadı öldürüldü - Qatil oğludur

Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədr müavini Ahmet Fehmi Işıkların oğlu C.Işıklar anasını qətlə yetirib.

Apr 20, 2025 - 17:33
Türkiyə parlamentinin keçmiş sədr müavinin arvadı öldürüldü - Qatil oğludur

SAVASHMEDİA.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Foçanın Bağarası məhəlləsində qeydə alınıb. 

Altı uşaq atası olan C.Işıklar naməlum səbəbdən anası Gülay Işıkları tapanca ilə güllələyib. Silah səsi eşidənlər polisə və təcili yardıma xəbər veriblər. 

Hadisə yerinə gələn tibb işçiləri Gülay Işıkların öldüyünü bildiriblər.Polis şübhəli kimi C.Işıkları saxlayıb. 

Qeyd edək ki, Ahmet Fehmi Işıklar 1941-ci ildə Şanlıurfada anadan olub. Siyasətçidir. Bursa və Diyarbakırın millət vəkili olub. Türkiyə Böyük Millət Məclisi sədrinin müavini və Xalq İşçi Partiyasının sədri vəzifələrində çalışıb.

Banu

Fotoda Ahmet Fehmi Işıklar

Ahmet Fehmi Işıkların oğlu