“Kuruluş Osman”ın məşhur aktyoru oğurluq etdi - FOTO + VİDEO
Türkiyənin tanınmış aktyoru Ümit Gündeş mağazadan oğurluq edib.
SAVASHMEDİA.az xəbər verir ki, Gündeşin oğurluq etdiyi anlar təhlükəsizlik kamerasına düşüb.
O, çamadan satılan mağazaya gəlib. Qapının qarşısına qoyulmuş çamadanlardan birini seçib. Yoxlayırmış kimi davranıb. Daha sonra çamadanı götürərək mağazadan uzaqlaşıb.
Ərazidə oğurluq hallarının artmasından sonra polis araşdırmalara başlayıb.
Məlum olub ki, Gündeş həmin gün marketdən də oğurluq edib. O, rəfdəki məhsulları cibilərinə dolduraraq qaçıb. Mağaza və market sahibləri şikayətçi olmadıqlarına görə haqqında heç bir tədbir görülməyib.
Polisin verdiyi məlumata görə, Ümit Gündeş bundan öncə də oğurluq edib və cinayət qeydi var.
Xatırladaq ki, Ümit Gündeş Türkiyənin rekordlar qıran “Kuruluş Osman” serialında rol alıb.
Banu
Ümit Gündeş