İsrailli nazir Rusiyanı qınadı
Kiyevdə səfərdə olan İsrailin xarici işlər naziri Gideon Saar Rusiyanın Ukraynada mülki şəxslərə hücumlarını pisləyib.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə israilli nazir Kiyevdəki mətbuat konfransında danışıb.
“Mənim üçün məhz indi Kiyevə səfər etmək vacib idi. Mən öz yaxınlarını itirən ailələri dəstəkləyirəm və onlara başsağlığı verirəm. Biz ailəsi ilə birlikdə qəfil hücuma məruz qalmağın nə olduğunu çox yaxşı bilirik. Biz Rusiyanın mülki şəxslərə hücumlarını qətiyyətlə pisləyirik”, - deyə Gideon Saar vurğulayıb.
Xatirə SADİQ