Baş nazirin müavini “X” sosial şəbəkəsindən getdi 

İspaniya baş nazirinin müavini Yolanda Dias amerikalı milyarder İlon Maska məxsus “X” sosial şəbəkəsini tərk etdiyini bildirib. 

Jan 21, 2025 - 11:26
Baş nazirin müavini “X” sosial şəbəkəsindən getdi 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Dias “TVE” telekanalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, bu qərarı ABŞ prezidenti Donald Trampın andiçmə mərasimi tədbirlərində Maskın çıxışı ilə əlaqədardır.

“Dünən İlon Mask ilə gördüklərimizdən sonra oradan (“X” şəbəkəsindən – red.) ayrılmağın və nifrəti təbliğin davam etməməyinin vaxtı gəldi. Çətin olduğunu bildiyim qərarı verdim, amma insan hüquqlarına qarşı ksenofobik fikirləri və dünyada ifrat sağçıları təşviq edən alqoritmlərin istifadəsinə əsaslanan sosial şəbəkənin bir hissəsi olmayacağam”, - deyə baş nazirin müavini diqqətə çatdırıb.

“X” sosial şəbəkəsində şəxsi və siyasi məsələlərlə bağlı yazmağı dayandıracağını vurğulayan baş nazirin müzvini əlavə edib ki, “Sumar” partiyasından olan digər nazirlər də bu platformadan istifadəyə son verəcəklər. ni dayandıracaqlar.

Xatırladaq ki, Trampın andiçmə mərasimində Maskın əlini qaldıraraq nümayiş etdirdiyi jest internet istifadəçiləri tərəfindən nasist salamına bənzədilib. 

Mask bu tənqidi şərhlərə cavab olaraq “X”də yazıb ki, “hamı Hitlerdir” üslübunda hücumlar onu çox usandırıb. 

Bəzi istifadəçilər amerikalı milyarderin müdafiəsinə qalxıblar və bildiriblər ki, bu jest “ürəyim səninlədir” ifadəsini nəzərdə tutur.

Qeyd edək ki, bu ayın əvvəlində Almaniya Xarici İşlər Nazirliyi və Müdafioə Nazirli “X” sosial şəbəkəsindən istifadəni dayandıracaqlarını bəyan edib. Bu, Maskın Almaniyadakı parlament seçkilərində altra-sağçı, antimiqrasiya və antiislam baxışları ilə tanınan “Almaniya üçün Alternativ” partiyasını dəstəkləməsindən sonra baş verib.   

Xatirə SADİQ