Nepalda ara qarışdı, Baş nazir istefaya getdi
Nepalda kütləvi etirazlar baş qaldırdığından ölkənin baş naziri istefaya getməyə məcbur olub.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Agentlik qeyd edib ki, dünən etirazçılar parlamentə hücum etməyə çalışarkən polis onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Nəticədə kütləvi etirazlar iğtişaşlara çevrilib.
İğtişaşlar zamanı bir neçə şəhərdə isə ən azı 19 nəfər ölüb.
Etirazlara hökumətin sosial medianı qadağanetmə qərarı və dövlət orqanlarında korrupsiyanın olması səbəb olub.
Bu gün komendant saatının elan edilməsinə və sosial mediaya qoyulan qadağanın aradan qaldırılmasına baxmayaraq, insanlar yenidən küçələrə çıxıb etirazlarını bildiriblər. Bunun ardınca Nepalın baş naziri Şarma Oli istefa verib.
Xatirə SADİQ