III Çarlza qışqıran senator cəzalandırıldı – Avstraliyada

Bazar ertəsi Avstraliya senatorları ötən ay parlamentdəki qəbul zamanı britaniyalı Kral III Çarlza qışqıran həmkarının hərəkətinin qınanılmasına səs veriblər.

Nov 18, 2024 - 14:22
III Çarlza qışqıran senator cəzalandırıldı – Avstraliyada

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yerli xalqların nümayəndəsi olan müstəqil senator Lidiya Torpun qınanması, Britaniya monarxının 13 il ərzində Avstraliyaya ilk səfəri zamanı həmkarlarının onun davranışını bəyənmədiyini əks etdirən rəmzi jest olub.

Qərarın lehinə 46, əleyhinə 12 senator səs verib. 

Hökumətin Senatdakı lideri Penni Vong deyib ki, Torpun sözləri hiddət və narazılıq doğurmaq məqsədi daşıyırdı.

“Bu, beynəlxalq səviyyədə gördüyümüz tendensiyanın bir hissəsidir, açıq desək, Avstraliyada ona ehtiyacımız yoxdur”, - deyə Vonq vurğulayıb. 

III Çarlzın Avstraliya parlamentində çıxışından sonra senator Torp onun ünvanına tənqidi ifadələri yağdırıb.

“Siz bizim kralımız deyilsiniz. Siz suveren deyilsiniz”, - deyə Torp Çarlza tərəf qışqırıb.

Xatirə SADİQ