Slovaklar Robert Fitsonun siyasətinə etiraz edirlər
Slovakiyanın paytaxtı Bratislavada ötən gecə minlərlə insan Robert Fitsonun rəhbərlik etdiyi hökumətin siyasətinə etiraz edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məxməri inqilabın (Çexiya və Slovakiyanın ayrılması) 35-ci ildönümünə həsr olunmuş aksiya zamanı “Hökumət bizim azadlığımızı və demokratiyamızı əlimizdən alır” şüarı nümayiş etdirilib Fitsonun demokratiyaya təhlükə olduğu vurğulanıb.
“Slovakiya Qərb sivilizasiyasının bir hissəsi olub və olacaq. Biz istəmirik ki, kimsə bizi Moskvanın tərəfinə çəksin”, - deyə 1989-cu il hadisələrində Slovakiyanın liderlərindən biri olan Frantişek Mikloşko meydanda toplaşanlara deyib.
Xatirə SADİQ