"Putin mənimlə həmişə səmimi olub" - Uitkoff

"Rusiya lideri Vladimir Putin şəxsi görüşləri zamanı Ukraynadakı müharibə barədə səmimi olub".

Feb 22, 2026 - 16:45
"Putin mənimlə həmişə səmimi olub" - Uitkoff

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "Fox News" telekanalına müsahibəsində danışıb.

O qeyd edib ki, Rusiya rəhbəri ilə təmaslarına görə dəfələrlə tənqid hədəfinə çevrilib.

"O, mənimlə həmişə səmimi olub. Bunu dediyim üçün mənə hücum edirlər. Lakin bu, həqiqətdir. O mənə öz 'qırmızı xətlərinin' nələr olduğunu söylədi. Bilirsiniz, məni onunla səkkiz dəfə görüşdüyümə görə tənqid edirdilər", - deyə xüsusi elçi vurğulayıb.

Bununla belə, Trampın xüsusi elçisi əlavə edib ki, bu cür görüşlər Ukraynada müharibənin dayandırılması ilə bağlı potensial razılaşmanın əldə olunması üçün zəruri idi.

"Qarşı tərəfdəki insanın kim olduğunu bilmədən onunla necə razılaşma əldə etmək olar? Mən onun motivlərini, məqsədlərini və digər məqamları anlamalı idim. Həqiqətən də hesab edirəm ki, həmin görüşlərin bir çoxu hazırda çox vacib əhəmiyyət kəsb edir. Biz onların hansı mövqedə olduqlarını anlayırıq. Düşünmürəm ki, ukraynalılar bizim bu qiymətləndirməmizlə razılaşmırlar. Buna görə də həmin görüşlərin vacib olduğunu düşünürəm və ümid edirəm ki, biz bütün bu prosesi yekunlaşdıracağıq", - deyə o qeyd edib.