Prezident istefaya getdi - Nepalda 

Nepal prezidenti Ram Çandra Paudel baş nazir Şarma Olinin ardınca istefa vermək qərarına gəlib.

Sep 9, 2025 - 16:34
Prezident istefaya getdi - Nepalda 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb. 

Bu hadisədən öncə isə prezident və baş nazir ölkədə davam edən iğtişaşlar səbəbindən helikopterlə hərbi təlim mərkəzlərindən birinə təxliyə edilib.

80 yaşlı Ram Çandra Paudel 2023-cü ilin martından Nepalın prezidentidir. Əvvəllər o, “Nepal Konqresi” hakim partiyasına rəhbərlik edib, baş nazirin müavini və daxili işlər naziri vəzifələrində çalışıb.

Sentyabrın 8-də Nepalda sosial şəbəkələrin bloklanması səbəbindən etiraz aksiyaları başlayıb. İğtişaşlar nəticəsində, 22 nəfər ölüb, 500 nəfər yaralanıb.

Xatirə SADİQ