Ayxan Abbasov millinin futbolçularından bunu istəyib - "Mənə görə edin"

Fernandu Santuşla müqaviləyə xitam verildikdən sonra müvəqqəti olaraq Azərbaycan millisinin başına gətirilən Ayxan Abasovun gələcək kareyerası bugünkü oyundan asılıdır.

Sep 9, 2025 - 16:19
Sep 9, 2025 - 16:20
Ayxan Abbasov millinin futbolçularından bunu istəyib - "Mənə görə edin"

SAVASHMEDİA.az-ın xəbərinə görə, milli komandanın hazırlıq məşqində futbolçularla səmimi ortam yaratmağa nail olan Ayxan Abbasov taleyinin onlardan asılı olduğunu deyib.

Belə ki, AFFA rəhbərliyinə daxil olan şəxslərlə söhbətlərində ondan Ukrayna millisi ilə bugünkü qarşılaşmadan arzuolunan nəticə istənilib. Bu halda Ayxan Abbasovun Azərbaycan millisinə təyinat ala biləcəyi söylənilib.

O, futbolçulara meydanda sona qədər mübarizə aparmağı, minimal məqsəd kimi isə oyundan 1 xal qazanmağı tapşırıb.

Xatlırladaq ki, Azərbaycan və Ukrayna millilərinin qarşılaşması saat 20:00-da Tofiq Bəhrəmov adına Respublika Stadionunda baş tutacaq.  

Səlcuq

Ayxan Abbasov