"Atamın vəziyyəti ağır-kritikdir" - Xalq artistinin qızı

"Atamın vəziyyəti ağır-kritikdir, lakin stabildir. Ümid edirik ki, sağalacaq".

Sep 9, 2025 - 15:53
"Atamın vəziyyəti ağır-kritikdir" - Xalq artistinin qızı

SAVASHMEDİA.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında Xalq artisti, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcovun qızı Selcan Heydərova atasının səhhətindəki son durumundan danışarkən deyib.

O bildirib ki, Xalq artistinin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsində davam edir.

Qeyd edək ki, Sərdar Fərəcova kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub.