Birləşmiş Ştatların müdafiə naziri Kiyevdədir

ABŞ-nin müdafiə naziri Lloyd Ostin müharibə şəraitindəki Ukraynaya gələcək dəstəyi müzakirə etmək üçün elan olunmamış səfərlə Kiyevə gəlib.

Oct 21, 2024 - 12:17
Birləşmiş Ştatların müdafiə naziri Kiyevdədir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ostin “X” social şəbəkəsində yazıb. 

 “Müdafiə naziri kimi dördüncü dəfə Ukraynaya qayıdıram və ABŞ-nin beynəlxalq ictimaiyyətlə birlikdə Ukraynaya dəstəyini davam etdirdiyini nümayiş etdirirəm”, - deyə Ostin bildirib.

Qeyd edək ki, ABŞ müdafiə naziri Kiyevə ölkəsinin Ukraynaya yardımının gələcəyi qarşıdan gələn prezident seçkilərindən asılı olduğu və Rusiya cəbhədə kiçik, lakin daimi uğurlar əldə etməkdə davam etdiyi bir zamanda gəlib.

Səfər zamanı Ostinin Ukrayna prezidenti və müdafiə naziri ilə görüşü planlaşdırılıb. Onların Ukraynanın silah ehtiyaclarını və gələn il ərzində ABŞ-nin Ukrayna ordusuna dəstəyi necə davam etdirə biləcəyini müzakirə edəcəyi gözlənilir.

Xatirə SADİQ