Tramp Maskın ona hədiyyə etdiyi maşını sürməyəcək - SƏBƏB

ABŞ Prezidenti Donald Tramp tərəfdaşı və "Tesla" brendinin yaradıcısı, milyarder İlon Maskdan avtomobili alıb.

Apr 19, 2025 - 21:47
Tramp Maskın ona hədiyyə etdiyi maşını sürməyəcək - SƏBƏB

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Mirror” nəşri yazır .

Amma ABŞ lideri avtomobilin sükanı arxasına keçə bilməyəcək.

Məlum olub ki, Tramp avtomobili dostuna “dəstək olmaq və ona etibarını nümayiş etdirmək üçün" alıb. Amerikalı siyasətçi həqiqətən də maşını sürməyə ümid edib, lakin buna icazə verilməyib.

Məsələ burasındadır ki, ABŞ prezidentlərinin əməl etməli olduğu ciddi qaydaya görə, onlar avtomobil idarə edə bilməzlər.

D.Tramp deyib: "Onu aldım, çünki yaxşı məhsuldur. Bundan yaxşısı yoxdur. Elon Mask enerjisini və həyatını buna həsr edib... Pis xəbər isə odur ki, mənə maşın sürməyə icazə verilmir".

Bu, qeyri-rəsmi qayda təhlükəsizlik baxımından prezidentləri sürücü oturacağından kənarda saxlamaq məqsədi daşıyır.