Keçmiş baş nazir və maliyyə naziri döyüldü – Nepalda
Nepalda etiraz aksiyaları zamanı keçmiş baş nazir və konqres lideri Şer Bahadur Deuba və həyat yoldaşı hücuma məruz qalıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Khabarhub portalı məlumat yayıb.
“India Today” bildirir ki, etirazçılar maliyyə naziri Prasad Paudelə də hücum ediblər.
Etirazçıların artıq prezident iqamətgahının ərazisinə daxil olduqları bildirilir.
Bundan əvvəl etirazçılar bir neçə hökumət üzvünün iqamətgahını ələ keçirmişdilər. Ölkənin parlament binası yandırılıb və Nepalın baş naziri Şarma Oli istefa verib.
Sosial media qadağasına etirazlardan sonra ölkədə iğtişaşlar ikinci gündür davam edir.
“India Today”in məlumatına görə, iğtişaşlar zamanı ölənlərin sayı 22 nəfərə çatıb.
Xatirə SADİQ