“Reyqan yəqin ki, məzarında çevrilir” – konqresmen Elissa Slotkin
“Soyuq Müharibənin övladı kimi mən minnətdaram ki, 1980-ci illərdə Reyqan hakimiyyətdə idi, Tramp yox. Tramp soyuq müharibəni bizim üçün uduzmuş olardı”.
SAVASHMEDİA.az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Konqresdəki çıxışından sonra söz alan Demokratlar Partiyasının nümayəndəsi Elissa Slotkin bildirib.
Slotkin qeyd edib ki, Tramp eks-prezident Ronald Reyqanın “güc vasitəsilə sülh” ifadəsini “oğurlayıb”. Onun sözlərinə görə, keçmiş respublikaçı prezident Trampın Zelenski ilə Oval kabinetdəki tamaşasından sonra “məzarında çevrilib”.
“Biz hamımız Ukraynada müharibənin bitməsini istəyirik, lakin Reyqan başa düşürdü ki, əsl güc Amerikadan bizim hərbi və iqtisadi qüdrətimizlə mənəvi bütövlüyümüzü birləşdirməyi tələb edi. Oval kabinetdəki həmin səhnə realiti-şounun sadəcə pis epizodu deyildi, bu, Trampın dünyaya bütün yanaşmasını yekun vururdu. O, Putin kimi diktatorlara yaltaqlanmağa və kanadalılar kimi dostlarımızın dişinə yumruq atmağa inanır. O, Amerika liderliyini yalnız silsilə daşınmaz əmlak sövdələşmələri kimi nəzərdən keçirir. Soyuq Müharibənin övladı kimi mən minnətdaram ki, 1980-ci illərdə Reyqan hakimiyyətdə idi, Tramp yox. Tramp soyuq müharibəni bizim üçün uduzmuş olardı”, - deyə Slotkin vurğulayıb.
Xatirə SADİQ