Zelenskidən Putinin atəşkəs qərarına reaksiya
Hazırda Ukrayna ərazisində hava hücumu xəbərdarlığı verilir.
SAVASHMEDİA.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında Rusiya lideri Vladimir Putinin Pasxa atəşkəsi elan etmək qərarını şərh edərkən bildirib.
O yazıb: “Putinin insanların həyatı ilə oynamaq cəhdi ilə bağlı deyim ki, hazırda Ukraynada hava hücumu həyəcanı var”.
Aprelin 19-da V.Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə Pasxa atəşkəsi elan edib . Dövlət başçısının təklifinə əsasən, Rusiya tərəfi aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-dək bütün hərbi əməliyyatları dayandıracaq.