Medvedevdən London görüşünə əsəbi reaksiya - "Son ukraynalı ölənə qədər..."
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Zelenskinin Londonda keçirdiyi görüşlərə sərt reaksiya verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, o, Avropa İttifaqı ölkələrinin liderləri ilə Ukrayna prezidentinin bu gün Londonda keçirilən görüşünü şərh edərkən əsəblərinə hakim ola bilməyib.
Siyasətçi şəxsi sosial media hesabında bunları yazıb: “Rusofobiya məclisi Kiyevdəki nasistlərə beyət etmək üçün Londonda toplaşıb. Görünür, Aİ liderləri və Zelenski Ukraynada silahlı münaqişəni ölkənin son sakini ölənə qədər davam etdirmək istəyirlər".
Oğuz