Bakı Dəmiryol Vağzalında aparatlar "pul udur" - "Ayıb olsun sizə. Biabırçısınız"
Sosial şəbəkə istifadəçisi Şahanə Rəhimova Dəmiryol Vağzalında Bakı-Sumqayıt qatarına bilet alarkən yaşadığı problemlə bağlı paylaşım edib.
SAVASHMEDİA.az sərnişinin başına gələnləri təqdim edir.
Şikayətçinin sözlərinə görə, nəqliyyat kartına pul yükləmək istəyərkən terminal əvvəlcə 1 manatı qəbul edib, daha sonra isə nasazlıq yaranıb:
"Elə 1 manat yükləmişdim ki, bankomat pulu qəbul etdi, ardınca isə ekranda yazıldı ki, müvəqqəti işləmir və bəlli oldu ki, pul kartıma yüklənməyib, keçə bilmirəm".
Rəhimova bildirib ki, məsələ ilə bağlı stansiya əməkdaşlarına müraciət etsə də, ondan yenidən pul yükləməsi tələb olunub: "Əməkdaşlara yaxınlaşıb deyirəm ki, vəziyyət budur, bankomatınız pulumu 'udub'. İndi imkan verin keçim. Deyirlər, yox, əlavə pul vurmalısan. Texnikadır da, xarab olub. Hələ bir kişi əməkdaş deyir, pulun yoxdur, ölməmişəm ki, 1 manat vurum kartına, sabah gətirib qaytararsan. Bankomat sabah açılacaq."
Şahanə Rəhimova isə bu yanaşmanı qəbul etmədiyini bildirib: "Mən durub hansısa məsafəni qət etməliyəm ki, gəlib bunlara 1 manat borc qaytarım. Halbuki siz mənə borclusunuz, sizin kassa pulumu 'udub".
Sərnişin qeyd edib ki, nəticədə cibindəki əlavə vəsait hesabına kartına yenidən pul yükləyərək stansiyadan keçə bilib.
Paylaşımının sonunda o, Dəmiryol Vağzalının yarıtmaz fəaliyyətini tənqid edib: "Ayıb olsun sizə. Biabırçısınız. Sərnişinə hörmət etməyi bacarmırsınız!"
Oğuz