Makron Putin haqqında nə dedi? - "Bu başqa hekayə olacaq"

Fransa lideri Emmanuel Makron Ukrayna məsələsi üzrə Rusiya prezidenti Vladimir Putinlə dialoqun bərpası ideyasını dəstəkləyir.

Feb 25, 2025 - 02:23
Makron Putin haqqında nə dedi? - "Bu başqa hekayə olacaq"

SAVASHMEDİA.az xəbər verir ki, Makron bunu Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı deyib.

“Buçadakı hərbi cinayətlərindən sonra mən Putinlə ünsiyyətimi dayandırdım, lakin indi ABŞ-da yeni reallıq və yeni administrasiya var. Düşünürəm ki, buna görə də bu müzakirə faydalı ola bilər. Putinlə dialoqu bərpa etmək üçün əsaslar var”, - dövlət başçısı vurğulayıb.

Makron daha sonra hədə tonunu seçib: "Əgər Rusiya sülh sazişini pozarsa, danışıqlarda iştirak edən bütün ölkələrlə hesablaşmalı olacaq. Və bu, tamamilə fərqli bir hekayə olacaq". 

Oğuz