"Bombalasınlar, yenidən bərpa edərik" - Məsud Pezeşkian
"Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Tehranı ittiham edən qətnaməni qəbul etməsinə baxmayaraq, İran uranın zənginləşdirilməsindən imtina etməyəcək".
SAVASHMEDİA.az xəbər verir ki, bunu ölkə Prezidenti Məsud Pezeşkian deyib.
Onun sözlərinə görə, İran nəzərdə tutulmuş yoldan əl çəkməyəcək:
"Obyektlərimiz bombalansa belə, biliklərimiz qalacaq. Onların məhv etdikləri hər şeyi bərpa edəcəyik".