"Lənət şeytana, Orxanla barışdıq..." - Kənan MM ÜZR İSTƏDİ

Yazıçı Orxan Saffari ilə tanınmış rejissor Kənan Mahmudov barışıb.

Feb 19, 2026 - 21:03
"Lənət şeytana, Orxanla barışdıq..." - Kənan MM ÜZR İSTƏDİ

SAVASHMEDİA.az xatırladır ki, Kənan Mahmudov sosial media hesabında onun yaradıcılığını təndiq edən Orxan Saffarini təhqir etmişdi.

Rejissorun söyüşlərlə zəngin paylaşımı sosial şəbəkə istifadəçiləri tərəindən xoş qarşılanmamış və adıçəkilən şəxslər bu gün polisə çağırılmışdı.

Bundan sonra isə Kənan Mahmudov sosial şəbəkə hesabında paylaşım edərək Orxan Saffari ilə barışdığını və sosial şəbəkə istifadəçilərindən üzr istədiyini yazıb.

Onun paylaşımını təqdim edirik:

"Dünən dostumla Qarabağın oyununa baxmağa getmişdim. Məkana çatanda artıq təzyiqim normal deyildi. Düşündüm ki, sadəcə ehtiram xatirinə bir az oturum, sonra sakitcə çıxıb gedərəm.

Söhbət əsnasında öyrəndim ki Orxan haqqımda status paylaşıb. Yazıda açıq təhqir yox idi, amma illərdir sənətimdə çəkdiyim əziyyəti, dişimlə-dırnağımla qazandığım yolu kölgəyə salan bir yanaşma vardı. Halbuki 40 bölümlük Türkiyədə çox məşur “Savaşçı” serialında Azərbaycan zabitini canlandırmışam, həmin serialda Qarabağ və Xocalı mövzularına toxunan səhnələri özüm qələmə almışam. “Qayıdış” filmi Alanya Film Festivalında Münsiflər Heyətinin Xüsusi Mükafatına layiq görülüb, həmçinin Ərzurum Gözəl Sənətlər Fakültəsində dərs vəsaiti kimi tədris olunur. Bunları görməmək, bilməmək və ya bilmək istəməmək okey onun seçimidir. Amma adam məndən müsahibə alsaydı, bütün bunları sakit şəkildə izah edərdim sadəcə buna ehtiyac duymayıb.

Etiraf edirəm, özümü saxlaya bilmədim. Nömrəsini tapıb zəng etdim, əsəbi danışdım, qarşılıqlı ağır sözlər oldu. Bununla da kifayətlənməyib bir status yazdım və məsələyə heç bir aidiyyəti olmayan valideynlərini təhqir etdim. İki dəqiqə keçməmiş yazını sildim.  Bunun zatən doğru olmadığını o an anlamışdım, husslərimə hakim ola bilmədim,məhz buna görə peşmanam və  həmin ağsaqqal, ağbirçək insanlardan və səmimi şəkildə üzr istəyirəm. Böyüyün qarşısında üzr istəmək insanı kiçiltmir, əksinə böyüdür.

Emosional insanam, bunu danmıram. Allah şahiddir ki, gecəni çox ağır keçirmişəm. Səhhətimlə bağlı detallara girmək istəmirəm, mövzunu başqa yerə çəkmək niyyətim yoxdur. 

Allah şeytana lənət eləsin.

Orxan Saffari ilə görüşdük və barışığımızı bərpa etdik".

Səlcuq