Kəramətdən 3 obyekt iddiasına SÖYÜŞLÜ CAVAB - "Yaxşı eləmişəm"
Yazıçı Kəramət Böyükçöl haqqında yayılan “ona üç obyekt verilib” iddiasına münasibət bildirib.
SAVASHMEDIA.az xəbər verir ki, o, sosial şəbəkədə məsələ ilə bağlı açıqlama verərək, obyektlərin ona kiminsə tərəfindən hədiyyə edilmədiyini bildirib.
“Xalamın əri zəng edib ki, eşitdim sənə üç dənə obyekt veriblər. Düzdür? Dedim, kim mənə obyekt veribsə, onun əlinə.... (qeyri-etik ifadə işlədilib - red). Məndə o bəxt hardaydı, kimsə mənə obyekt versin ki, get kef elə. Minlərlə adama qanuni yolla istismara icazə sənədi verilib, biri də mən. Sənin kimi əldəqayırma adamların da elə sənin kimi mediası olur, gedib öz haqqını tələb edə bilmirsən, gəlib düşmüsən mənim üstümə ki, niyə cücə damına sənəd almısan. Yaxşı eləmişəm”, - o qeyd edib.
Yazıçı obyektlərə sənəd almaqda məqsədinin kredit götürmək olduğunu açıqlayıb:
“Ona görə sənəd almışam ki, bankdan kredit götürüm, özümə qoyun, quzu alım, çoban olmaq istəyirəm. Özü də qoyunları yaxşı tanıyıram. Ya da çoxlu kitab avtobusu alım, ölkənin hər nöqtəsində bir kitab avtobusum olsun. Bir tərəfdə qoyun, toyuq-cücə saxlayım, bir tərəfdə kitab yazım”.
FHN-dən 3 obyektə istismar icazəsi
Məsələ ilə bağlı yayılan məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri, Qaya küçəsi, giriş 143 ünvanında inşa olunan üç qeyri-yaşayış binasının istismarına icazə verib.
3 binadan ibarət qeyri-yaşayış obyektlərinin ən böyüyünün tikinti sahəsi 1 250 kvadratmetrdir.
Digər iki obyektin tikinti sahəsi isə müvafiq olaraq 191 və 37 kvadratmetrdir. Hər üç bina bir mərtəbəlidir və obyektin sahibi yazıçı Kəramət Böyükçöldür (Nəcəfov Kəramət Qəşəm oğlu).
Səlcuq