“Avropa arzusunu reallaşdırmaqda Moldovanın yanındayıq” – Rumıniya baş nazirindən tam dəstək

Rusiya var qüvvəsi və dezinformasiya vasitəsi ilə Moldovanın Avropa İttifaqına gedən yolunu dəyişməyə çalışır.

Oct 11, 2024 - 12:32
“Avropa arzusunu reallaşdırmaqda Moldovanın yanındayıq” – Rumıniya baş nazirindən tam dəstək

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rumıniyanın baş naziri Marçel Colaku deyib.

Çolaku bu açıqlaması ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Rumıniyanın Moldovanı “ilhaq etməyə” çalışdığı barədə bəyanatına münasibət bildirib.

Rumıniyanın baş naziri həmçinin Moldova liderlərini qətiyyətli olmağa və bu cür taktikalardan qorxmamağa çağırıb. “Avropa arzusunu reallaşdırmaqda Rumıniya Moldova ilə yanaşı dayanır”, - deyə o, əlavə edib.

Qeyd edək ki, Rusiya XİN sözçüsünün açıqlaması ilə əlaqədar Rumıniya hökuməti bəyanat yayıb. Bəyanatda bildirilib ki, Rusiyanın aqressiv təbliğatı tarixi faktları təhrif edir və müasir reallıqlara məhəl qoymur. Buna görə də Rumıniya hökuməti   Moldovanın Aİ-yə inteqrasiyasının təmin edilməsi üçün bütün mümkün vasitələrlə buna qarşı mübarizə aparmalıdır.

Xatırladaq ki, oktyabrın 20-də  Moldovada Aİ-yə üzvlüklə bağlı referendum keçiriləcək. Eyni gündə Sandunun ikinci müddətə yenidən seçilmək istədiyi prezident seçkiləri də keçiriləcək.

Xatirə SADİQ