Putin Ukraynada kimin hakimiyyətə gəlməsini istəyir? - DANIŞDI

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynada xalqın güvəndiyi insanları hakimiyyətə gətirmək lazımdır.

Feb 25, 2025 - 01:55
Feb 25, 2025 - 02:15
Putin Ukraynada kimin hakimiyyətə gəlməsini istəyir? - DANIŞDI

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin bu haqda “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişinin müəllifi Pavel Zarubinə müsahibəsində danışıb.

“Ukrayna dövlətçiliyinin möhkəmləndirilməsi maraqları nöqteyi-nəzərindən, əlbəttə ki, burada, görünür, daha enerjili və tamam başqa istiqamətdə hərəkət etmək lazımdır. Ukrayna xalqının etimadını qazanacaq insanları hakimiyyətə gətirin”, - Rusiya lideri qeyd edib.