Lukaşenko Çindəki sammitdə liderlərə kartof bağışlayıb
Belarusun rəhbəri Aleksandr Lukaşenko Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinə kartof və raps yağı hədiyyə edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Belarusun BELTA dövlət agentliyinə istinadən xəbər verir.
“ŞƏT-in Çində keçiriləcək sammitinə yollanmaqdan öncə Lukaşenko xarici liderlərə hədiyyə olaraq öz fermasında yetişdirilən bir neçə kisə kartofu özü ilə aparacağını vəd edib”, - deyə nəşr yazır.
Bu məqsədlə, “Pervosvet” və “Briz” sortlarından ibarət kartofların yerləşdirildiyi xüsusi kətan çantalar hazırlanmışdır. Hədiyyələr arasında “ən faydalı raps yağı” da olub. Televiziyada bunu belə təsvir ediblər.
Belarusun “Zerkalo” nəşri qeyd edib ki, son aylarda müxtəlif bölgələrdən olan belaruslar kartofun çatışmazlığı və keyfiyyətindən şikayət ediblər.
Lukaşenko özü izah edib ki, istehsalçılar Rusiya bazarına diqqət yetirirlər, çünki orada qiymətlər bir neçə dəfə bahadır. O, həm də qıtlığın daxili siyasi səbəblərdən yarandığını vurğulayıb.
Xatirə SADİQ