Bu ölkə Belarusla sərhədini müvəqqəti bağlayacaq

Polşa “Qərb-2025” Rusiya-Belarus hərbi təlimləri ilə əlaqədar sentyabrın 11-dən 12-nə keçən gecə Belarusla sərhədini tamamilə bağlayacaq. 

Sep 9, 2025 - 16:41
Bu ölkə Belarusla sərhədini müvəqqəti bağlayacaq

SAVASHMEDİA.az Wydarzenia nəşrinə istinadən xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk hökumətin iclasında bildirib.

“Bildiyiniz kimi, Belarus ərazisində, Polşa sərhədinin bilavasitə yaxınlığında, hərbi doktrina nöqteyi-nəzərindən çox aqressiv Rusiya-Belarus təlimləri başlayır. Milli təhlükəsizlik baxımından biz Belarusla sərhədi, o cümlədən dəmir yolu keçidlərini bağlayacağıq”, - deyə Tusk vurğulayıb.

Rusiya və Belarusun “Qərb-2025” birgə strateji təlimləri 2025-ci il sentyabrın 12-dən 16-dək keçiriləcək. Təlimlərdə hər iki ölkənin daxil olduğu İttifaq dövlətini qorumaq üçün zəruri manevrlər həyata keçiriləcək.

Təlimlərdə 13 mindən çox hərbçi iştirak edəcək. 

Xatirə SADİQ