“Rusiyaya qarşı sərt tədbirlər görməyə hazırıq, amma…” - ABŞ maliyyə naziri

ABŞ və Avropa İttifaqı (Aİ) Ukraynada sülh yolu ilə nizamlanma üçün bütün variantları masada saxlayırlar. 

Sep 9, 2025 - 16:46
“Rusiyaya qarşı sərt tədbirlər görməyə hazırıq, amma…” - ABŞ maliyyə naziri

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent X sosial şəbəkəsində Avropa Komissiyasının sanksiyalar üzrə elçisi Devid Sallivan ilə görüşdən sonra bildirib.

“Məsələlərə sadə yanaşma həmişəki kimi işləmədi. Biz Rusiyaya qarşı sərt tədbirlər görməyə hazırıq. Lakin uğur qazanmaq üçün avropalı tərəfdaşlarımız bizə tam qoşulmalıdırlar”, - deyə Bessent vurğulayıb.

Sentyabrın 7-də Maliyyə Nazirliyinin rəhbəri qeyd edib ki, ABŞ və Avropanın Rusiyaya koordinasiyalı iqtisadi təzyiqləri Moskvanı “danışıqlar masasına oturmağa” məcbur edə bilər.

Xatirə SADİQ