BMT İsraili beynəlxalq hüquq pozmaqda günahlandırdı
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının ofisi bəyanat yayıb. Bəyanatda bildirilir ki, İsrail Livanda zorakılığın yeni eskalasiyası başlayandan bəri beynəlxalq hüquqa etinasızlığını artırıb.
SAVASHMEDİA.az xəbər verir ki, sənəddə BMT ekspertlərinin İsrailin beynəlxalq hüquqa məhəl qoymamasından təəssüf ifadə olunub.
Qeyd olunur ki, Livanın suverenliyi və ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozaraq quru işğalı İsrailin beynəlxalq hüququ pozmasıdır və bu, yalnız ölənlərin və məcburi köçkünlərin sayını artıracaq.
Xüsusi məruzəçilər vurğuladılar ki, İsrail həyati əhəmiyyətli mülki infrastruktura, o cümlədən yollar, körpülər, su və səhiyyə obyektlərinə, habelə tibb və humanitar işçilərin özlərinə hücum edərək yardım səylərinə mane olur.
Xatırladaq ki, oktyabrın 1-də İsrail Müdafiə Qüvvələri Livanın cənubunda quru əməliyyatına başladığını elan edib. Partlayan peycerlər və radiolarla kütləvi təxribatdan, hərbi və mülki hədəflərə bir neçə günlük zərbələrdən və Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İsrail tankları və xüsusi təyinatlıları Livana daxil olub.
Oğuz