“YouTube” yeniliyə getdi - “Shorts”un uzunluğunu artırdı

“YouTube” videohostinqi “Shorts” bölməsində videoların uzunluğunun artdığını elan edib.

Oct 4, 2024 - 16:54
“YouTube” yeniliyə getdi - “Shorts”un uzunluğunu artırdı

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, “The Verge” məlumat yayıb.  

Oktyabrın 15-dən etibarən content müəllifləri “shorts”ları 3 dəqiqəyə qədər artıra biləcəklər. Hazırda onların həcmi 1 dəqiqə təşkil edir. 

Bu yenilik “YouTube”a Çin platforması olan “TikTok” ilə rəqabət aparmağa imkan verəcək. Hazırda “TikTok”a 10 dəqiqəyə qədər videolar yükləmək mümkündür.

Bundan əlavə, “YouTube”da “Shorts”un yenilənmiş interfeysi olacaq: müəllifin adı, videonun adı, audio məlumat daha yığcam olacaq və ekranın aşağı hissəsində daha az yer tutacaq.

Xatirə SADİQ