Viktor Orban rəsmi nəticələri gösləmədən “Gürcü arzusu”nu təbrik etdi
Macarıstanın baş naziri Viktor Orban səsvemənin nəticələri rəsmi şəkildə elan olunmadan “Gürcü arzusu”nu qələbə münasibətilə təbrik edib.
SAVASHMEDİA.az “Azalıq radio”sunun rus xidmətinə istinadən xəbər verir ki, Orban bu barədə “X” sosial şəbəkəsində yazıb.
Bu arada “Gürcü arzusu” Tbilisidəki mitinqdə bayram atəşfəşanlığı keçirməkdədir. Baş nazir İrakli Kobaxidze “inamlı qələbə”ni elan edərək bildirib ki, o, sadəcə, adi və ya konstitusiya çoxluğundan söhbət getdiyini bilmir.
Müxalifət də öz növbəsində “Gürcü arzusu”nun çoxluğunu itirdiyinə əmin olduğunu bildirir. Müxalifət qüvvələrinin 52% səs toplaması faktını özəlliklə Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib.
Qeyd edək ki, Gürcüstan MSK-nın saat 22.00-dan başlayaraq səsvermənin ilkin nəticələrini açıqlaması gözlənilir.
Xatirə SADİQ