Elmar Məmmədyarovdan rus casusu iddiasına cavab - "Məni vururlar"

Xəbər verdiyimiz kimi, mətbuatda Azərbaycanda rus casus şəbəkəsinin olması və bu şəbəkənin vaxtilə Moskvadan göndərilən şəxs tərəfindən idarə olunması ilə bağlı informasiya gedib. 

Feb 10, 2025 - 22:05
Feb 10, 2025 - 22:07
Elmar Məmmədyarovdan rus casusu iddiasına cavab - "Məni vururlar"

Sözügedən şəbəkəyə Ramiz Mehdiyev, Eldar Mahmudov və Elmar Məmmədyarov və digər şəxslərin daxil olduğu iddia edilib.

SAVASHMEDİA.az-ın məlumatına görə, modern.az iddialarla əlaqədar sabiq xarici işlər naziri Elmar Məmmədyarovla əlaqə saxlayıb.

Sabiq nazir bildirib ki, onu vurmaq istəyənlər var:

“Kiminsə qarnı ağrıyır. Sakit dayana bilmirlər. Görürlər Elmar Məmmədyarov jurnalistlərlə əlaqə saxlayır, televiziyada çıxış edir. Fikirləşirlər ki, necə vura bilərik. Məqsədlərini Allah bilir. Yazan adamın ağlı yoxdur”