Sahibə Qafarovadan söz istəyən Erkin Qədirliyə cavab - "İslasdan sonra çay için"

Vitse-spiker Rafael Hüseynov Milli Məclisdə Qanunvericilik dili və hüquq terminologiyası adlı şöbə yaradılmasını təklif edib.

Nov 1, 2024 - 14:14
Sahibə Qafarovadan söz istəyən Erkin Qədirliyə cavab - "İslasdan sonra çay için"

SAVASHMEDİA.az “qafqazinfo”-ya istinadla xəbər verir ki, deputat bunu Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

“Şöbədə hüquqşünaslar və dilçilər birləşə bilərlər. Çünki qanun layihələrinin dili çətindir və bunu insanlara daha anlaşılan formada təqdim etmək vacibdir”, - deyə o əlavə edib.

Milli Məclisin sədri Sahibə Qafarova da müavininin sözləri ilə razılaşdığını qeyd edib: “Qanun layihələri bizə gəlməmişdən əvvəl linqvistik ekspertizadan keçirilir. Amma haqlı olaraq deputatlar da bu məsələdə bəzi məqamlara toxunurlar. Razıyam, hüquqşünasların dili çətindir. Qanun layihəsini sadə dillə izah etmək lazımdır”.

Deputat Erkin Qədirli də müzakirəyə qoşulmaq üçün söz istəyib və bildirib ki, maraqlı müzakirə gedir və o da öz töhfəsini vermək istəyir.

Lakin Sahibə Qafarova buna etiraz edərək, burada qanun layihəsinin müzakirə edildiyini söyləyib: “Burada qanun layihəsi müzakirə olunur, maraqlı söhbət getmir. Maraqlı söhbət istəyirsinizsə, iclasdan sonra bir stəkan çay için və dəyirmi masa ətrafında birləşib müzakirə aparın”.