Müctəba Xamenei müraciət yaydı - Həmin xəbəri TƏKZİB ETDİ 

İranın ali rəhbəri Müctəba Xamenei ölkəsinin Türkiyə və Omana hücum etməsi faktını təkzib edib.

Mar 20, 2026 - 19:59
Müctəba Xamenei müraciət yaydı - Həmin xəbəri TƏKZİB ETDİ 

SAVASHMEDİA.az xəbər verir ki, Xamenei bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

"Türkiyə və Omanda baş verən terror aktları İran ordusu tərəfindən törədilməyib",- M. Xamenei bildirib.

O, daha sonra əlavə edib ki, İranın adıçəkilən ölkələrlə yaxşı münasibətləri var.

Xatırladaq ki, Müctəba Xamenei ABŞ və İsrailin fevralın 28-də İrana birgə hücumundan sonra görüntülənməyib. Onun raket zərbələri zamanı yaralandığı və ağır vəziyyətdə xəstəxanada olduğu iddia edilir.

Oğuz