Qurbanovun "penalti idi" dediyi epizodun VİDEOSU - Kim haqlıdır?
Qurban Qurbanov komandasının Misli Premyer Liqasının 25-ci turunda “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olmasına münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Qurbanov rəqibin oyuna yaxşı hazırlaşdığını etiraf etsə də, matçın taleyini hakimin görmədiyi penalti epizodunun həll etdiyini bildirib:
“Mən narazılıq edəndə söhbət çox böyüyür. VAR-da deyəsən, Rauf Cabbarov idi. Meydandakı hakim görmədi, Rauf da üç dəfə baxdı, görmədi. Amma mən epizoda baxdım. Penalti olduğunu düşünürəm. Kamilodan da soruşdum, dedi ki, ayağıma dəymişdi. Əgər orada penalti yoxdursa, heç nə. Görək, nə deyəcəklər. Rauf Cabbarov da sağ olsun”.
Səlcuq
Mübahisəyə səbəb olan həmin epizodun görüntülərini təqdim edirik: