"Qorxaqlar. Vuruşmaq istəmirlər. Kağız pələng..." - Tramp əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatını (NATO) növbəti dəfə "kağız pələng" (güclü görünməyə çalışan zəif anlamında - red) adlandırıb.

Mar 20, 2026 - 18:33
"Qorxaqlar. Vuruşmaq istəmirlər. Kağız pələng..." - Tramp əsəbiləşdi

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində yazıb.

ABŞ prezidenti bu bəyanatı NATO-nun Hörmüz boğazında mümkün hərbi əməliyyata qoşulmamasına cavab olaraq səsləndirib.

"NATO, ABŞ olmadan kağız pələngdir! Onlar İranı dayandırmaq üçün mübarizəyə girmək istəmirdilər. İndi onlar ödəməyə məcbur olduqları yüksək neft qiymətlərindən şikayətlənirlər, lakin Hörmüz boğazının açılmasına kömək etmək də istəmirlər. Qorxaqlar".

D. Tramp vurğulayıb ki, boğazın açılması enerji resurslarının qiymətlərini sabitləşdirə biləcək "sadə hərbi manevr"dir.

"Belə kiçik risklə bunu etmək onlar üçün o qədər asandır ki", - o, müttəfiqlərin hərəkətlərini "qorxaqlıq təzahürü" kimi qiymətləndirib.

Oğuz