Putin onun qarşısında diz çökdü - Hamı bu VİDEOdan danışır

Kremldə keçirilən təltifetmə mərasimində Rusiya Prezidenti Vladimir Putinin davranışı maraqla qarşılanıb.

Mar 20, 2026 - 17:58
Mar 21, 2026 - 02:16
Putin onun qarşısında diz çökdü - Hamı bu VİDEOdan danışır

SAVASHMEDİA.az xəbər verir ki, Putinin paralimpiya çempionu, xizəkçi İvan Qolubkova mükafatını diz çökərək təqdim etməsinin görüntüləri qısa müddət ərzində milyonlarla baxış toplayıb.

Prezidentin bu jesti Rusiyanın Paralimpiya komandasına hörməti və dəstək nümayişi kimi qiymətləndirilib.

Qeyd edək ki, adı elan olunduqdan sonra Qolubkov əlil arabasında prezidentin yanına yaxınlaşıb. Dövlət başçısı idmançının əlini sıxıb və “Dostluq” ordenini onun formasına taxmaq üçün bir dizinin üzərinə çöküb.

Oğuz

Həmin görüntüləri təqdim edirik: