Putinin İstanbula gəlib-gəlməyəcəyini Tramp da bilmir
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Türkiyədə keçirilməsi planlaşdırılan danışıqlara gəlib-gəlməyəcəyini bilmədiyini söyləyib.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Agentlik yazır ki, Tramp bunu mayın 14-də Qətərə gedərkən onu “Air Force One” laynerində müşayiət edən jurnalistlərə deyib.
“O, mənim orada olmağımı istəyərdi və bu, mümkündür... Mən orada olmasam, onun orada olub-olmayacağını bilmirəm. Biz öyrənəcəyik”, - deyə ABŞ prezidenti vurğulayıb.
Tramp həmçinin bu həftə Yaxın Şərqə səfəri çərçivəsində danışıqlar üçün Türkiyəyə səfər edə biləcəyini istisna etməyib.
Xatirə SADIQ