SEPAH-ın yüksəkvəzifəli zabiti ÖLDÜRÜLDÜ

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəhbəri Seyid Məcid Hadəmi öldürülüb.

Apr 6, 2026 - 14:55
SEPAH-ın yüksəkvəzifəli zabiti ÖLDÜRÜLDÜ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, M.Hadəmi bu gün səhər saatlarında ABŞ və İsrailin İrana endirdiyi hava zərbələri nəticəsində həyatını itirib. General Hadəmi SEPAH-ın kəşfiyyat rəhbəri vəzifəsinə 2025-ci ilin iyun ayında təyin olunub.

Qeyd edək ki, M.Hadəminin ölüm xəbərini İsrailin müdafiə naziri İsrael Kats da təsdiqləyib. O bildirib ki, Hadəmi ABŞ, İsrail - İran müharibəsinin başlamasının səbəbkarlarından biridir.

Banu