“Putin-Zelenski danışıqları üçün Belarus ideal yer olardı” - Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampla Ukraynada sülhün əldə olunması barədə danışdığını bildirib.
SAVASHMEDİA.az bu barədə BELTA agentliyinə istinadən xəbər verir.
Lukaşenkonun sözlərinə görə, sülhə nail olmaq üçün bir neçə mərhələdən keçmək lazımdır. Lakin ən vacibi hərbi əməliyyatların və insan itkisinin dayandırılmasıdır.
O, həmçinin qeyd edib ki, Vladimir Putin və Vladimir Zelenski arasında Minskdə danışıqlar təşkil etmək istəyi yoxdur, hərçənd bu, onlar üçün ideal yer olardı.
Lukaşenko əlavə edib ki, əgər Rusiya və Ukrayna tərəfləri razılaşsalar və Belarusa gəlmək qərarına gəlsələr, o zaman “hətta sabah da hər şey lazımi səviyyədə təşkil olunacaq”.
Xatirə SADİQ